SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Prezidenti saymayan Vidadi İsayev həbsin astanasında - Dəhşətli faktlar

Prezidenti saymayan Vidadi İsayev həbsin astanasında - Dəhşətli faktlar

Tarix:

20-08-2020, 10:39

/ 1 274 dəfə oxundu.
Prezidenti saymayan Vidadi İsayev həbsin astanasında - Dəhşətli faktlar

İlham Əliyev sistemi yeniləyir, Vidadi İsayev isə onu saymır - Başçı kimə güvənir?

Kürdəmir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirildiyi xəbərləri yayılanda info lentlərdə sinxron məlumat Bərdə icra başçısı Vidadi İsayevlə bağlı təşkil edirdi.
Anaxeber.info məlumat verir ki, V.İsayevin növbəti qanunsuz əməlləri, vətəndaşların başına açdığı oyunlar, ələ keçirdiyi əmlak və ərazilər haqda real faktlar tirajlanırdı.
Hər iki xəbərləri izləyərkən təəccüblənməmək olmur: Bərdənin icra başçısının gözü qabağında Kürdəmir İH-də həbslər gedir, rüşvətxorluqla, özbaşınalıqla məşğul olan məmurlar qandallanır, V.İsayev isə fironluğundan, təkəbbüründən, özünəvurğuluqdan geri qalmır.
Maraqlıdır, prezident İlham Əliyevdən qorxmamağa, onun tapşırıqlarını saymazlıqdan gəlib icra etməməyə arxayınlaşdıran kim və nədir?
Və istər-istəməz Kürdəmir İH-də gedən həbsləri izləyərkən sual doğurur ki, V.İsayevin yaxın keçmişdəki korrupsioner, vandalizm xarakterli hərəkətləri bir yana qalsın, niyə indi də əməllərindən qalmır?
Gözümüzün önündə dünya və Azərbaycan dəyişir; siyasi-iqtisadi proseslər yeni rəng alır, bundan irəli gələrək hakimiyyət öz idarəçilik sistemini, qaydalarını yeniləyir, ənənəvi modeldən imtina edir, köhnə üsullarla vidalaşır, bürokratik əngəllər, aşkar yağmalama, talan və korrupsiya siyasəti ön plandan çəkilir, milyonçu olmayan nazirlər, icra başçıları təyin edilir, onlar köhnələrin dağıdıcı, yırtıcı fəaliyyətini təkrarlaya bilmir, heç bir tərəddüd olmadan, siyasi iradə nümayiş etdirilərək rüşvətxor icra başçıları həbsə göndərilir və bütün bu sadalanan proseslərin fonunda VİDADİ İSAYEV dəyişməzdir, dönməzdir, siyasi rəhbərliyi saymır, göstərişlərini qulaqardı edir, Bərdədə daşı daş üstünə qoymur, bu gün də ondan şikayətlərin mətbuatda getməsinə, Prezident Administrasiyasına, hüquq-mühafizə orqanlarına göndərilməsinə görə qətiyyən narahat deyil. Nədir bu Bərdə fironunu rahat edən səbəb?
Anaxeber.info bildirir ki, bu şikayətlər son günlərdə daha da artıb, iş adamları, vətəndaşlar, mülkiyyət sahibləri narazılıq edirlər.
Prezident isə icra başçılarına dəfələrlə tapşırıb ki, sizi mən təyin etmişəm, xalqla işləməyə göndərmişəm və əhalini incitmək olmaz.
Amma gəlin son günlər Bərdədə yaşananlara baxaq. Məsələn, rayon sakini Elşən Mənsimli bildirib ki, Bərdənin Gərənə kəndində yerləşən və atası Nəbi Abdullayevə məxsus “Kəpəz” kooperativinin mülkiyyətində olan 2 hektar torpaq və onun üzərində yerləşən kərpic zavodu, çörək sexi, anbar, 225 kvadratmetr mağaza, hasar və darvazanı uçurub, söküntü materiallarını da aparıblar:
Vətəndaşın sözlərinə görə, əvvəlcə içindəki obyektləri söküblər, sonra hasarı söküb aparıblar: “Mən maraqlandım və məlum oldu ki, rayon icra başçısı Vidadi İsayev 2013-cü ildə bizim məlumatımız olmadan saxta yolla torpağı öz yaxın qohumu Eldarın adına özəlləşdirib. Mən onun qəbulunda oldum, dedi ki, “düz eləmişəm, özəlləşdirmişəm”.
Torpağın saxta yolla özəlləşdirilməsində Gərənə bələdiyyə sədri Ələmdar Ələsgərov ona kömək edib. Ələmdar Ələsgərov da indi mənə deyir bir səhvdir də etmişəm”.
Qarabağ müharibəsi zamanı bu müəssisə Qızıl Aypara Cəmiyyəti ilə məcburi köçkünlərə çörək bişirib paylayıb. Bizim torpağa və obyektlərə dair bütün sənədlərimiz var, amma torpağımız əlimizdən alınıb”.
V.İsayevin prezidentin siyasətinə qarşı yönəlik əməlləri tək bununla qurtarmır. İcra başçısı görün hansı həddə çatıb ki, Bərdədə mərkəzdən keçən və əsas gediş-gəliş yolu olan Heydər Əliyev prospektini bağlatdırıb.
Sakinlərin sözlərinə görə, Vidadi İsayev özünün rahat hərəkəti üçün əsas yola şlaqbaum qoydururub. Nəticədə insanların hərəkəti üçün məsafə uzanıb. Bu vəziyyət yüzlərlə sakinin ciddi narazılığına səbəb olub.
Sakinlər deyir ki, Vidadi İsayevin rahatlığına görə hər gün minlərlə insan əziyyət çəkməli olur. Sakinlər icra başçısının bu hərəkəti ilə bağlı ölkə başçısına müraciət ediblər:
“Cənab Prezident İlham Əliyev biz sakinlərin rahatlığı üçün bütün lazımı işləri görür, yaxşı yollar salınır, infrastruktur qurulur.
Ancaq çox təəssüf ki, yerlərdə olan Vidadi İsayev kimi bəzi məmurlar öz rahatlıqları naminə insanlara problemlər yaradırlar, onların həyatını çətinləşdirilər.
Bərdə rayon sakinləri olaraq sizdən xahişimiz odur ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki vəziyyətinə qaytarılmasına köməklik göstərəsiniz.
Biz Bərdəlilər hər zaman sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasəti dəstəkləmişik, sonadək də dəstəkləyəcəyik. Allah sizi qorusun!”
V.İsayevin prezidentin atasının adını daşıyan prospekti öz rahatlığı üçün bağlaması azmış kimi, sıravi sakinləri adi məsələlərdə belə saymır.
Bu günlərdə Bərdənin Kətəlparaq kənd sakini Nicat Qarayev bildirib ki, ona İcra Hakimiyyəti kömək etmir.

Ötən il Bərdədə oğrular tərəfindən bacısı öldürülən və evi yandırılan Nicat Qarayevin sözlərinə görə, anası ilə həyətyanı sahədə yaşayır:
“2019-cu ilin martında evimizə iki oğru girmişdi. Bacımı öldürüb, anama da bıçaq zərbələri vurub, evimizi yandırdılar. Anam 23 gün reanimasiyada qaldı. Evimiz olmadığı üçün bir neçə dəfə Bərdə İcra Hakimiyyətinə və icra başçısı Vidadi İsayevə müraciət etdik.
Bizi yalnız bir dəfə onlayn qəbul edib dedilər ki, rayon ərazisində nə vaxtsa məktəb sökülsə, oranın materialları ilə sizə kömək ediləcək”.
Bərdə icra başçısının müavini Fəqət Şadlinskaya isə bildirib ki, Nicat başçının onlayn qəbuluna bir dəfə də düşə bilsə, məsələyə baxılar. Siz müştəbehliyə, minnətə, saymazlığa baxın!
Yeri gəlmişkən, avqustda yayılan xəbərlərdən birində isə deyilir ki, Vidadi İsayev Şəhidlər Xiyabanını məhv edib və ərazini sənədləşdirərək, qaynının adına keçirib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1047163 (Seriya XR) çıxarışında da göstərilir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 hektar ərazi 24 may 2017-ci ildə Çingiz Kəmaləddin oğlu Bünyatova 49 il müddətinə (2066-cı ilə qədər) “icarəyə” verilib.
Sakinlərin bildirdiyinə görə, Çingiz Bünyatov icra başçısı Vidadi İsayevin qayınıdır və dolayısı ilə icra başçısı sözügedən ərazini özü ələ keçirib.
İcra başçısının qanunlara qarşı getməsi, prezidentin fəaliyyətinə zidd adımlar atması hətta karantin dövründə də özünü göstərdi.
Məlum oldu ki, iyulda oğlu Turala toy edib. Karantin müddətində toy edən başçı məclisi Yevlaxdakı villasında təşkil edibmiş. Bu isə onun yeganə villası və sərvəti deyil.
V.İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektlərinin siyahısı var:
1. Bakı, A.Bakıxanov-39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küçəsi, ev 11 B ünvanında mənzil
4. Oğluna 100.000 manatlıq çayxana
5. Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv/metr olan dükan
6. “Ana və Uşaq” kafesi
7. Təchizat BCS MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində dörmərtəbəli 2 ayrı-ayrı malikanə
12. Bərdədə Heydər Əliyev parkında kafe
13. Yevlaxda əzəmətli villa
14. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
15. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
V.İsayevin kifayət qədər bahalı olan “Toyota Prado” (90 GP 555 dövlət nişanlı) və Mercedes G63 AMG avtomobilinə, həmçinin Rusiya və Türkiyədə biznes və obyektlərə sahib olduğu da bildirilir.
Bütün bunlara rəğmən, Bərdə İH-də heç bir araşdırma getmir və yerli sakinlər ümid edirlər ki, Kürdəmirdən sonra növbə bu rayon rəhbərliyiə çatacaq.

Anaxeber.info

Şərhlər

XƏBƏR LENTİ