XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Vidadi İsayev həbs olunacağını düşünüb daha çox varlanmaq istəyir

Vidadi İsayev həbs olunacağını düşünüb daha çox varlanmaq istəyir

Vidadi İsayev həbs olunacağını düşünüb daha çox varlanmaq istəyir
9-04-2021, 12:57

Bərdənin icra başçısı Vidadi İsayev rayondakı boş əraziləri satır. Bu barədə ANAXEBER.info-ya Bərdə sakinləri bildirib. Onların iddiasına görə, Vidadi İsayev hətta piyadalar üçün nəzərdə tutulmuş səkiləri də “hərrac”a çıxarıb. “Bərdəyə gəlib baş verənləri gözünüzlə görə bilərsiz. Rayonda boş yer demək olar ki, qalmayıb. Yol kənarları, səkilər hamısı satılıb və bu satılmaqda davam edir”, - sakinləri bildirib. Şikayətçilərin sözlərinə görə, Vidadi İsayevin o aylarda açıq şəkildə rayonu şəxsi təsərrüfatı kimi istifadə etməsi səbəbsiz deyil. Sakinlər bildirir ki, icra başçısı həbs olunacağını düşünür: “Vidadi İsayev indi təşviş içindədir. Yaxın ətrafına bildirib ki, onsuz da məni tutacaqlar. Ona görə də karyerasının son dövrlərində daha çox varlanmağa çalışır”. İcra başçısının həbs olunacağını düşünməsi  ötən ay 105 saylı Bərdə Texniki Peşə Liseyinin direktoru Şamil Şükürovun həbs olunması ilə bağlıdır. Baş Prokuroluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Şamil Şükürov Vidadi İsayevin yaxın adamı kimi tanınır. O, lisey direktoru olsa da, rayondakı abadlıq işlərinə nəzarət edirdi.  Vidadi İsayev hesab edir ki, Şamil Şükürov istintaqda onunla bağlı da hansısa faktları açıqlayıb. Ona görə də ciddi şəkildə narahatdır. Bərdə onsuz da sosial-iqtisadi vəziyyətə görə Azərbaycanın ən acınacaqlı durumda olan rayonlarından biri idi. Vidadi İsayev rayona rəhbərlik etməyə başlayandan sonra vəziyyət daha da ağırlaşıb. Vidadi İsayev 2011-ci ildən Bərdənin icra başçısıdır. İnternet resurslarında onun fəaliyyəti ilə bağlı neqativ materialların sayı-hesabı yoxdur. İcra başçısı hətta İkinci Qarabağ Savaşından da korporativ maraqları üçün istifadə edib. Mediada onun əsgərlərə və ermənilərin atdığı raketlər nəticəsində evləri dağılmış sıravi vətəndaşlara ayrılan ərzaqları mənimsədiyi barədə faktlar tirajlanıb.
ANAXEBER.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.