SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Bərdənin icra başçısı TƏLTİF OLUNDU

 Bərdənin icra başçısı TƏLTİF OLUNDU

Tarix:

17-04-2019, 16:30

/ 1 024 dəfə oxundu.
 Bərdənin icra başçısı TƏLTİF OLUNDU

Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Sabah onun 60 yaşı tamam olur.

Şərhlər

XƏBƏR LENTİ