SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevirdə piknik edənlər cərimələnib

Mingəçevirdə piknik edənlər cərimələnib

Tarix:

14-04-2020, 15:58

/ 1 017 dəfə oxundu.
Mingəçevirdə piknik edənlər cərimələnib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində
karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman
“Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil
edən şəxslər müəyyən edilib. Onların Mingəçevir şəhər sakinləri Natiq
Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicay Quliyev və Məhəmməd
Abdullayev olduqları məlum olub. Həmin şəxslər barəsində İnzibati Xətalar
Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.

Şərhlər

XƏBƏR LENTİ