XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lənkəranda "DOST"-un maaş kartları belə bölüşdürülüb - SƏNƏD

Lənkəranda "DOST"-un maaş kartları belə bölüşdürülüb - SƏNƏD

Lənkəranda "DOST"-un maaş kartları belə bölüşdürülüb - SƏNƏD
21-02-2020, 11:09

Azərbaycanda Prezident İlham Əliyev cənablarının sosial vəziyyətləri acınacaqlı olan, işsiz vətəndaşların rifah hallarının yüksəldilməsi üçün yaratdığı "DOST" İş Mərkəzində maaş kartlarının rayonun rəhbər vəzifəli şəxslərində olması barədə mediada dəfələrlə yazılıb.

Ötən ilin dekabr ayında Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirdiyi üçün həbs edildi.

"DOST" İş Mərkəzində maaş kartlarının vəzifəli şəxslərin adlarına rəsmiləşdirildiyi rayonlardan biri də Lənkəran rayonudur.

Belə ki, Lənkəran rayonu İcra Hakimiyyəti başçısının Kərgəlan kənd üzrə nümayəndəsi Nəzakət Heydərovanın oğlu Babək Heydərlinin adı "DOST"-dan maaş alanların siyahısındadır. Babək Heydərli eyni zamanda "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olaraq hüquqi şəxsdir.

Digər fakt isə Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlıdır.

Mediada yayımlanan hər iki fakta Lənkəran rayon İcra Hakimiyyəti münasibət bildirməyib.

Qlobal.az

"DOST"dan maaş alan DSK sədrinin sənədləri
Lənkəranda "DOST"-un maaş kartları belə bölüşdürülüb - SƏNƏD


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.