SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar

QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar

Tarix:

18-05-2018, 14:39

/ 2 165 dəfə oxundu.
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar

Son vaxtlar ölkədə sadə vətəndaşlara qarşı məmur özbaşınalığı barədə xəbərlər çoxalmaqdadır. Xalqın malını, sərvətini talayaraq özlərinə xoş güzəran quran məmurlar açıq-aşkar şəkildə insanları təhdid etmək və hədələməkdən belə çəkinmirlər. Ölkəmizin cənub bölgəsi sayılan Masallıya gəlişimizin də məqsədi bu rayonda baş verən ciddi qanunsuzluqların nədən qaynaqlandıgını araşdırıb aidiyyati üzrə yüksək instansiyalara catdırmaqdır.

QƏRİB TALELİ QƏRİBLİLƏR...

Masallı rayonunun Qəriblər kəndi Masallı-Yardımlı yolunun üstündə yerləşir. Bəri başdan deyək ki, ana təbiət bu yerlərə ən füsünkar gözəlliklərini bəxş edib. Lakin kənd adamlarıyla yaxından ünsiyyət yaratdıqdan sonra məlum oldu ki, coxlarının həsəd aparacagı bu gözəlliklər məskənində yaşayan Qərıblılər qərib taleyə tuş gəliblər. Hec bir cərcivəyə sıgmayan məmur özbaşınalıgı kənd adamlarının qol-qanadını qırıb, onları cıxılmaz duruma salıb. Kənd sakinləriylə apardıgımız söhbətlərdə bələdiyyə sədri Müşfiq Agayevin qanunsuz əməlləri barədə geniş məlumatlar aldıq.
Müşfiq Ağayevin hansı yolla bələdiyyə sədri olması bu gun də çoxlarında müəmmalı suallar doğurur. Əlimizdə olan 72 saylı Yardımlı-Masallı Secki Dairəsi Dairə Secki Komissiyasının 26/198 nömrəli, 29 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, ciddi nöqsanlara görə 81 saylı Qəriblər secki məntəqəsi üzrə və 82 saylı Şıxlar secki məntəqəsi üzrə bələdiyyə seckilərinin nəticələri ləgv edilsin. Dairə secki Komissiyasının qərarı barədə Azərbaycan Respublikasının Mərkəzi Secki Komissiyasına məlumat verilsin.
Lakin Dairə Secki Komissiyasının hüquqi qərarına baxmayaraq Müşfiq Agayevin hansı əsaslarla bələdiyyə sədri kimi fəaliyyət göstərməsi bu gün də kənd sakinlərinə qaranlıq qalmışdır. Bələdiyyə seckilərində bələdiyyə üzvlüyünə secilmiş şəxslər Dairə Secki Komissiyasının məlum qərarına görə hal-hazıra kimi bələdiyyənin işində iştirak etməmişlər. Bəs Müşfiq Agayevin qanunsuz olaraq bələdiyyə sədri kimi fəaliyyət göstərməsinə Respublika Mərkəzi Secki Komissiyası niyə göz yummuşdur?


KƏND FUTBOL MEYDANCASININ BAŞI DƏRDDƏ

Ölkə başçısı dəfələrlə göstəriş və sərəncamlarında yerlərdə gənclərə qaygı ilə yanaşmagı, onlara şərait yaratmağı tapşırsa da, Müşfiq Ağayev kənd sakinlərinə qənim kəsilərək, bu göstərişlərə məhəl qoymur. Belə ki, kənd sakinləri bildirir ki, Masallı rayon Torpaq və Xəritəcəkmə Şöbəsi hələ 01 iyun 2007-ci il tarixli secim aktı ilə Qəriblər kənd bələdiyyəsinin və kənd sakinlərinin müraciətinə əsasən kənddə yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın inkişaf etdirilməsi məqsədilə idman futbol meydancası tikintisi altına 0.60 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Həmin idman meydancasının istifadəyə verilməsi barədə bütün huquqi sənədlər qüvvədədir. Lakin Müşfiq Agayev zəbt etdiyi bələdiyyə sədri səlahiyyətlərindən istfadə edərək kənd stadionunun sənədlərini saxtalaşdırıb onun ərazisini həyətyanı torpaq sahəsi kimi ayrı-ayrı vətəndaşlara satmaga başlamışdır. Onun bu qanunsuz əməli kənd sakinlərinin ciddi narazılıgına səbəb olmuşdur.
Maraqlıdır, görəsən Müşfiq Agayev kənd stadionu ilə baglı hüquqi qüvvədə olan qərar və sərəncamları necə saxtalaşdırıb? Müşfiq Agayevin qanunsuz əməlləri barədə niyə hüquqi tədbirlər həyata kecirilməmişdir? O, kəndin şimalında - Viləş çay hövzəsinin qorunma zolağında 10 hektar yararlı torpaq sahəsini və 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafı ücün kənd sakinlərinə ayrılmış 7 ha "payı bəlli” torpaq sahələrini həyətyanı torpaq sahəsi kimi satmışdır. Kənd sakinlərini narahat edən bu məsələlər barəsində aidiyyatı dövlət qurumlarından cavab gözləyirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazıriq.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qaynarxett.az
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar
QƏRİB TALELİ QƏRİBLİLƏR... - Masallıda misli görünməmiş QANUNSUZLUQ - Fotolar

Şərhlər

XƏBƏR LENTİ