SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xudatda tender “oyunları”

Xudatda tender “oyunları”

Tarix:

2-08-2017, 10:14

/ 58 488 dəfə oxundu.
Xudatda tender “oyunları”

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2011-2015-ci illər ərzində Xaçmaz rayon icra hakimiyyətinin Xidat İnzibati Dairəsi üzrə nümayəndəlik tərəfindən həyata keçirilən satınalmaların digər qalibləri :
“Elvin”, “Laçın Mİ”, “Dəi Dağ MS” Məhdud Məsuliyyətli Cəmiyyətləri olub.
Beləki, “Elvin”MMC 2013-cü və 2014-cü illərdə:
– ərzaq məhsullarının satın alınması üçün – 105818 manat dəyərində,
– Xudat şəhət uşaq bağçalarına ərzaq məhsullarının satınalınması üçün isə – 113460 manat dəyərində müsabiqələrin qalibi olub.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Elvin”MMC (VÖEN 7700173301) 2001-ci ilin avqust ayının 21-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə kommersiya qurumunun hüquqi ünvanı, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 26 göstərilir. Təşkilatın rəsmi təmsilçisi isə Məmmədov İlham Əsgər oğludur.
Həmçinin məlum olub ki, 2015-ci ildə
– Uşaq bağçalarına ərzaq məhsullarının satın alınması üçün keçirilən, dəyəri 111430 manat olan satınalmada qalib elan olunan “Laçın Mİ” MMC-nin də (VÖEN 7701283901) qanuni təmsilçisi Məmmədov İlham Əsgər oğludur.
2014-cü ilin avqust ayının 21-də dövlət qeydiyyatına alınan kommersiya qurumunun hüquqi ünvanı isə, Xaçmaz rayonu, Xudat şəhəri, Əlağa Vahid küçəsi, ev 10 göstərilir.
Qaliblərin siyahısında adıçəkilən “Dəli Dağ MS” MMC isə, 2012-ci ildə,
– ərzaq məhsullarının satın alınması üçün keçirilən 102150 manat dəyərində olan müsabiqəni udub.
Araşdırmalarımız zamanı məlub olub ki, “Dəli Dağ MS” (VÖEN 7700632141) 2009-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınmıışdır. Qurumun hüquqi ünvanı Xaçmaz rayonu, Xudat şəhəri, Əlağa Vahid küçəsi ev 10 göstərilir. Təşkilatın qanuni təmsilçisi isə, Məmmədova Sərfinaz Abdurəhman qızıdır.
Maraqlıdır ki, Məmmədova Sərfinaz Abdurəhman qızı 2011-2015-ci illərdə Xudat İcra nümayəndəliyi tərəfindən keçirilən satınalmalarda həm də fiziki şəxs kimi iştirak edərək, qalib elan olunub. Qalibi olduğu satınalmaların dəyəri isə 109210 manatdır.
Onu da qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, yuxarıda adıçəkilən ünvanda, yəni Xudat şəhəri, Əlağa Vahid küçəsi ev 10-da Məmmədovlar ailəsinə məxsus yaşayış evi yerləşir və 1956-cı il təvəllüdlü Məmmədov İlham Əsgər oğlu, 1959-cu il təvəllüdlü Məmmədova Sərfinaz Abdurəhman qızının rəsmən həyat yoldaşıdır, həmin ünvanda yaşayırlar.
Beləliklə məlum olur ki, 2011-2015-ci illərdə həm fiziki şəxs, həm də müxtəlif kommersiya qurumlarının adı ilə Xudat icra nümayəndəliyinin keçirdiyi müsabiqələrin qalibi elan olunan Məmmədovlar ailəsi, bu illər ərzində
ümumilikdə, 439 918 manat dəyərində satınalmaları udublar.
Məlumat üçün bildirək ki, adıçəkilən ailə həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olur və məhz Xudat Şəhər icra nümayəndəliyinin yerləşdiyi Heydər Əliyev küçəsində, Polis Bölməsi ilə üzbəüz ailəyə məxsus ərzaq mağazası var.
Onu da qeyd edək ki, məsələyə münasibət bildirmək üçün Məmmədov İlhamla əlaqə saxladıq. O, həmin bu satınalmalar və məbləğlər barədə konkret nəsə deyə bilməsə də, müsabiqələrdə iştirak etdiyi təsdiqlədi. Məmmədovun İlhamın sözlərinə görə, ailəsinə məxsus kommersiya qurumları yalnız “ərzaq məhsullarının satın alınması üçün” keçirilən müsabiqələrdə qalib olub. Bu da şəhər ərazisindəki bağçaların ərzaq təminatının Xudat İcra nümayəndəliyi tərəfindən həyata keçirildiyi dövrə təsadüf edib. Konkret məbləğlər barədə bir söz deyə bilməyən müsahibimiz bildirib ki, rəqəmlər yadında qalmasa da, bunu ancaq ödədiyi vergi sənədlərinə əsasən xatırlaya bilər. Həmişə qanunda nəzərdə tutulan məbləğdə vergi ödədiyini bildirən sahibkar, yalnız həmin sənədlərə əsasən, hansı məbləğdə satınalmaların qalibi olduğunu deyə biləcəyini bldirir.
Maraqlıdır ki, sahibkar yalnız ərzaq məhsullarının satınalınması üçün keçirilən müsabiqələri bildiyini desə də, araşdırmalar zamanı məlum olur ki, 2015-ci ildə, onun həyat yoldaşı Məmmədova Sərfinaz Abdurəhman qızı, “dəftərxana ləvazimatlarının alınması üçün” keçirilən 7060 manat məbləğində satınalmanın qalibi olub.

Bu müsabiqədən və məbləğdən isə, ailənin məlumatı olmayıb…
Ardı var…

24saat.org

Şərhlər

XƏBƏR LENTİ