SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanda respodentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir

Azərbaycanda respodentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir

Tarix:

2-09-2020, 12:40

/ 1 010 dəfə oxundu.
Azərbaycanda respodentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir

Azərbaycanda respodentlərin 90,8%-i Prezident İlham Əliyevə tam etibar edir
Respodentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

Hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.

Vətəndaşların Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respodentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.

Prezidentə “tam etibar edirəm” deyənlər respodentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir. Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yükəsk qiymətləndirilib. Ümumilikdə isə respodentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respodentlərin 95,2%-i Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir. Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.

Şərhlər

XƏBƏR LENTİ