XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda “Range Rover”lə sürət yarışına çıxan avtomobil qəzaya uğradı - VİDEO

Bakıda “Range Rover”lə sürət yarışına çıxan avtomobil qəzaya uğradı - VİDEO

Bakıda “Range Rover”lə sürət yarışına çıxan avtomobil qəzaya uğradı - VİDEO
16-05-2017, 10:55

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5" markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.
Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.
Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.