XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb
26-09-2021, 12:40

24 sentyabrda Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Xalqxeber.az-a  verilən məlumata görə, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.