SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Azenko”nun direktoru qəzada öldü – Video

"Azenko”nun direktoru qəzada öldü – Video

Tarix:

28-07-2020, 10:51

/ 1 178 dəfə oxundu.
"Azenko”nun direktoru qəzada öldü – Video

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ