XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Paytaxtda yük maşını iki avtomobilə çırpıldı - ölənlər var

Paytaxtda yük maşını iki avtomobilə çırpıldı - ölənlər var

Paytaxtda yük maşını iki avtomobilə çırpıldı - ölənlər var
12-12-2021, 14:20

Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.