SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Şamaxıda yük avtomobili aşdı - ÖLƏN VAR

Şamaxıda yük avtomobili aşdı - ÖLƏN VAR

Tarix:

3-08-2022, 18:46

/ 423 dəfə oxundu.
Şamaxıda yük avtomobili aşdı - ÖLƏN VAR

 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib. Xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

XƏBƏR LENTİ