SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda “BMW” səkiyə çırpılıb, ölən var

Bakıda “BMW” səkiyə çırpılıb, ölən var

Tarix:

20-11-2022, 10:40

/ 497 dəfə oxundu.
Bakıda “BMW” səkiyə çırpılıb, ölən var

 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Xalqxeber.az FHN-nə istinadən xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili səkiyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ