SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda baş redaktorun evini qarət edib, bacısının cehizlərini apardılar

Bakıda baş redaktorun evini qarət edib, bacısının cehizlərini apardılar

Tarix:

27-01-2020, 12:59

/ 917 dəfə oxundu.
Bakıda baş redaktorun evini qarət edib, bacısının cehizlərini apardılar

"Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.

O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

“Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa beş min manatlıq əşya oğurlanıb”.

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verildiyini vurğulayıb:

“Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.

Şərhlər

XƏBƏR LENTİ