SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı

Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı

Tarix:

6-01-2020, 16:59

/ 1 003 dəfə oxundu.
Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Rəsulov yanvarın 3-də saat 21 radələrində A.M.Şərifzadə küçəsində 2 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən (DİN)verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri X.Məmmədova və əvvəllər məhkum olunmuş T.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ