Abşeron sakinini parkda döyən şəxslər saxlanılıblar
Abşeron rayon sakininə qarşı quldurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıblar.
S.Məcidovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilib.
Araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...