SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Paytaxtda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə yaxalanıb

Paytaxtda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə yaxalanıb

Tarix:

28-11-2019, 16:05

/ 770 dəfə oxundu.
Paytaxtda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə yaxalanıb

Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində dörd nəfərin həmin obyektin icarədarı olan əcnəbi vətəndaşın içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu polis bölməsinə müraciət daxil olub. Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu cinayət əməlini törədən şəxslər polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan üç yeniyetmə 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ