XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Astara polisi İrandan qaçaqmal yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarladı

Astara polisi İrandan qaçaqmal yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarladı

Astara polisi İrandan qaçaqmal yolu ilə gətirilmiş narkotik tərkibli həblər aşkarladı
10-12-2019, 10:56

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd narkotik vasitə metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. S. Qasımov narkotik vasitəni Respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.