SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bu dəfə Ağsu və Şamaxıda meşə yanır

Bu dəfə Ağsu və Şamaxıda meşə yanır

Tarix:

2-08-2018, 09:21

/ 1 347 dəfə oxundu.
Bu dəfə Ağsu və Şamaxıda meşə yanır

Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ