SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağsuda müəllim məktəb direktorunu döydü

Ağsuda müəllim məktəb direktorunu döydü

Tarix:

15-05-2018, 15:37

/ 1 475 dəfə oxundu.
Ağsuda müəllim məktəb direktorunu döydü

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.

Hdisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ