XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Cəlilabadda müəllim məktəbin süpürgəçisini zorlayıb - Videoya da çəkib

Cəlilabadda müəllim məktəbin süpürgəçisini zorlayıb - Videoya da çəkib

Cəlilabadda müəllim məktəbin süpürgəçisini zorlayıb - Videoya da çəkib
18-04-2018, 15:33

Cəlilabad rayonunda müəllimməktəbin təmizlik işçisini zorlayıb.

xalqxeber.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoya çıkib.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib.

Polis şöbəsində araşdırmalara başlanılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.