XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » SOCAR əməkdaşı iş yerinin 8-ci mərtəbəsindən özünü atıb

SOCAR əməkdaşı iş yerinin 8-ci mərtəbəsindən özünü atıb

SOCAR əməkdaşı iş yerinin 8-ci mərtəbəsindən özünü atıb
16-02-2018, 15:06

Bu gün saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” institutunda intihar hadisəsi baş verib.

SOCAR-a istinadən xəbər veririk ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.