XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olunub
27-11-2017, 09:38

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.