Sebastian-İoan Burduja: "Yaşıl enerji dəhlizi"nin dəyəri 10 milyard avrodan çox ola bilər"
Rumıniya ümid edir ki, Avropa İttifaqının (Aİ) qrantları hesabına Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi ödəniləcək.
Bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Yaşıl dəhliz" layihəsi son dərəcə iddialıdır və dünyanın ən uzun sualtı kabel xəttinin (təxminən 1 100 kilometr) tikilməsini nəzərdə tutur. İlkin qiymətləndirmələrə görə, onun dəyəri 10 milyard avrodan çox ola bilər. Biz artıq texniki-iqtisadi əsaslandırmanı başa çatdırmaq üzrəyik. Növbəti mərhələ maliyyələşməni təmin etməkdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, Rumıniya xərclərin əhəmiyyətli hissəsinin Aİ qrantları hesabına ödəniləcəyinə ümid edir ki, bu da layihəni ağlabatan müddətdə həyata keçirməyə imkan verəcək.
"Bu, enerji təhlükəsizliyini gücləndirəcək, daha ucuz və ekoloji cəhətdən təmiz enerjiyə çıxışı təmin edəcək – bu, əsl "win-win" modelidir. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya bazarındakı fəallığını qeyd etmək istərdim - biz onun töhfəsini yüksək qiymətləndiririk", - S.Burduja əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?