SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda yanğın: 10 nəfər təxliyə edildi

Bakıda yanğın: 10 nəfər təxliyə edildi

Tarix:

29-06-2022, 16:00

/ 455 dəfə oxundu.
Bakıda yanğın: 10 nəfər təxliyə edildi

 Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən  verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kürdəmir rayonunun Çöhranlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 55 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

XƏBƏR LENTİ