XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi
3-04-2017, 12:07

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.