Sabiq məmur Şərurlu İsfəndiyarı İFŞA ETDİ:"155 min dollarımı vermir"
"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı yeni xəbər yayılıb.
Şikayətçi Qəşəm Güləliyev bildirib ki, məhkəmə qərarına baxmayaraq, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.
Şikayətçi bu fikirləri səsləndirib:
"2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Şaiq" MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil almışam. Aldığım mənzillərin binası hazır deyildi, bünövrəsi yeni qoyulurdu. Bu mənzillərə ümumilikdə 218 min dollar ödəmişəm. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb. Mənə verilən sənədlər başqalarına da verilib. Mən həmişə vəzifədə işləmişəm, çox adam məni tanıyır.
Nə baş verdiyini soruşanda dedilər ki, narahat olma, həll edəcəyik. Hər dəfə müxtəlif bəhanələrlə başımı qatdılar. İsfəndiyar təxminən 6 il öncə dörd mənzildən birinin əvəzinə başqa üçotaqlı mənzili qaytarıb, 3 mənzilimin pulu qalıb - yəni 155 188 dollar.
2023-cü il may ayının 19-da məhkəmə qərar çıxardı ki, 155 188 dollar dəymiş ziyan ödənilsin. Pulu ödəmədilər, prosesi icra etmədikləri üçün sonuncu dəfə 1200 manat cərimə olunublar. Deyirlər, pulumuz yoxdur. Onun adına ölkədə heç bir əmlak yoxdur. MTK-larını direktorlara verib. İcraçı direktorları da tez-tez dəyişir. 19 il keçib, hələ də ödəmir".
Aldanan vətəndaş İsfəndiyar Axundov ilə bağlı da danışıb:
"Bütün bu proseslərdən sonra şəkər xəstəliyi tapdım, məni boğaza yığıb. İllərdir, müxtəlif sənədlər verərək məni aldadır".(oxu.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?