Prezident: Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq

Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rolu oynayacaq.
Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlət başçısı vurğulayıb: “Bu, günəş və külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, bu, təbii qaza qənaət etmək imkanı yaradacaq. Biz onu məhz daxildə istehlak edirik və onlar ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla öz hidroenerji potensialımızı artırırıq, xüsusən də Şərqi Zəngəzur və Qarabağ bölgələrində. Bu işi Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparırıq”.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır