Beyləqan sakinləri icra başçısından ŞİKAYƏTÇİDİR – “...tək məqsədləri yeyinti etməkdir” / FOTO
Beyləqan şəhərinin mərkəzi küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçələr bərbad vəziyyətdədir və İcra Hakimiyyəti bu problemlə maraqlanmır:
“Biz, sakinlər, yaşadığımız ünvan üzrə bir çox qurumlara iradımızı bildirmişik. Lakin əhəmiyyət vermirlər. Bu səbəbdən də məcbur qalıb media üzərindən səlahiyyətli qurumlara müraciət edirik.
Son vaxtlar guya, rayonda küçələrə asfalt çəkirlər. Görünən yerləri bəzəyib, görünməyən yerləri isə yarımcıq qoyurlar. Bu dediklərimizi şəkillər vasitəsilə də sübut edəcəyik.
Asfalt çəkən ustalara sual veririk ki, bu, magistral yoldur, yolun bu hissəsini niyə yarımçıq qoyursuz, deyirlər, icra başçısı Əziz Əzizov bizə belə tapşırıq verib.
Bu küçəni belə yarımçıq qoymaqla, nə etmək istəyirlər? Yaxşı olmazmı hər yer səliqəli olsun? Rayonun arxa küçələrinə - vəzifəli şəxslərin yaşadığı ərazilərə başdan-başa asfalt çəkilib. Belə çıxır ki, adi insanlar isə palçığın içərisində yaşamalıdır. Vətəndaşlara verdikləri dəyər budur.
Üstəlik, çəkdikləri asfaltı da düzgün çəkmirlər. Görünür, tək məqsədləri yeyinti etməkdir. Köhnə asfaltı qazıb, yenisi çəkilməlidir. Onlar isə onun üzərindən bir qat daha gedirlər.
Onu da qeyd edək ki, bizim küçə şəhidlər abidəsinin yaxınlığıdır. Vətəndaşların şikayətinə icra başçısı Əziz Əzizov biganə yanaşır”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...