XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » 33 yaşlı qadın Azərbaycandan heroin çıxararkən yaxalandı

33 yaşlı qadın Azərbaycandan heroin çıxararkən yaxalandı

33 yaşlı qadın Azərbaycandan heroin çıxararkən yaxalandı
14-11-2017, 11:13

“Qırmızı körpü” sərhəd keçid məntəqəsində Azərbaycandan Gürcüstana narkotik vasitələr keçirməyə çalışan qadın saxlanılıb.

Gürcüstan KİV-nə istinadən xəbər veririk ki, 33 yaşlı qadın narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə idxalında ittiham olunur.

Şəxsi axtarış zamanı qadının üzərindən 61 qram narkotik maddə tapılıb, bunun 23 qramı heroin olub. Qadın cinayətini etiraf edib. Yoxlama zamanı onun narkotik maddələrin təsiri altında olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb. Qadını 8 ildən 20 ilə kimi həbs cəzası gözləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.