SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda idmançı “Galendewagen”lə qəza törətdi: Ölən var

Bakıda idmançı “Galendewagen”lə qəza törətdi: Ölən var

Tarix:

21-07-2017, 12:42

/ 115 893 dəfə oxundu.
Bakıda idmançı “Galendewagen”lə qəza törətdi: Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ