XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 56 dolları ötdü

Azərbaycan neftinin qiyməti 56 dolları ötdü

Azərbaycan neftinin qiyməti 56 dolları ötdü
8-09-2017, 09:32

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 56,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,85 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 55,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 52,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 54,7 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.