SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Tarix:

29-09-2017, 09:51

/ 86 691 dəfə oxundu.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 59,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,48 dollar/barel azdır.

Məlumata görə, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 59,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 27-də 55,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 27-də 58,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şərhlər

XƏBƏR LENTİ