SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 59 dolları ötdü

Azərbaycan neftinin qiyməti 59 dolları ötdü

Tarix:

26-09-2017, 09:29

/ 36 356 dəfə oxundu.
Azərbaycan neftinin qiyməti 59 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 59,12 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 0,04 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 58,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 54,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 22-də 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Şərhlər

XƏBƏR LENTİ