Sevda Şirinova vəfat edən rəisin yerinə onu təyin etdirdi - 6 ayda iki rəhbər dəyişib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.
Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Bəhruz Məmmədov Kadr siyasəti Baş İdarəsinin Xidməti Vəsiqələrinin Verilməsi və Qeydiyyatı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, sözügedən idarənin rəhbəri təyin olunub.
Qeyd edək ki, Bəhruz Məmmədovun bacısı Sevinc Məmmədova FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavinidir. Bəhruz Məmmədov həmçinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunur.

Sevda Şirinova
Xatırladaq ki, ötən ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib. Onun yerinə Teymur Rəhimov təyin edilsə də, sonradan müməmmalı səbəblərdən vəzifəsindən kəanrlaşdırılıb.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...