Cahangir Hacıyev nəyə ümid edir: - Sabiq bankir azadlığa çıxır?
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev əfv sərəncamı ilə azadlığa buraxılacağına ümid edir.
Xalqxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hansısa səbəblərdən Cahangir Hacıyevdə may ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə verilməsi gözlənilən əfv sərəncamının ona da şamil olunacağını düşünür.
Cahangir Hacıyevin yaxınlarının mediaya verdiyi açıqlamardan da sezilir ki, onlar gözlənilən əfv sərəncamına böyük ümid bəsləyirlər.
Qeyd edək ki, Cahangir Hacıyev 2015-ci ildə ABB ilə bağlı kredit qalmaqalı çərçivəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Cahangir Hacıyev bu maddələrlər təqsirli bilinirək 15 il azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...