Bayden Putinə xəbərdarlıq etdi
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya Ukraynaya doğru hərəkət edərsə, bunun Moskva üçün ağır nəticələri olacaq. Bayden bildirib ki, bu hal baş verərsə, ABŞ Şərqi Avropadakı müttəfiqlərinə əlavə qoşun göndərəcək.
ABŞ Prezidenti, həmçinin, Rusiyanın Ukraynaya hücumunun rəsmi Moskva üçün “dağıdıcı iqtisadi nəticələri”nin olacağını deyib.
Bayden əlavə edib ki, ABŞ və NATO Rusiyanın yaratdığı təhlükəsizlik təhdidlərinə həssas olan Mərkəzi və Şərqi Avropada alyans üzvləri olan B9 ölkələrinin müdafiəsini də gücləndirəcək.
“Biz Rusiyanın istənilən hücumundan qorumaq üçün şərq cinahına, B9-a, bütün NATO ölkələrinə daha çox ABŞ və NATO əsgərini göndərməyi lazım biləcəyik”, - deyə Bayden qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...