SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramiz Zeynalovun da işdən azad ediiləcəyi gözlənilir

Ramiz Zeynalovun da işdən azad ediiləcəyi gözlənilir

Tarix:

8-06-2018, 09:17

/ 2 967 dəfə oxundu.
Ramiz Zeynalovun da işdən azad ediiləcəyi gözlənilir

Bu gün dövlət başçısının sərəncamı ilə Tovuz rayon icra hakimiyyəti başçısı Tofiq Zeynalov vəzifəsindən azad edilib. Tofiz Zeynalov Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynolun qardaşıdır. Daxil olan informasiyaya əsasən Ramiz Zeynolovla bağlı da ən yüksək dairlərdə araşdırmalara başlanılıb. Belə ki, bu günlərdə daha çox sosial narazılıq yaradan avtomobillər üçün dövlət nömrə nişanları ilə bağlı olaraq yeni rüsumların tətəbiqinə başlanılır. Məlumatlara görə, uzun illərdir ki, Ramiz Zeynolun əsas gəılir sahələrindən olan nömrə satışı biznesi leqallaşdırılır. Əhali arasında yol polisləri ilə bağlı olan narazılıqların total xarakter almasına dair informasiyalar yer alır. Məhz bu səbəbdəndir ki, qanunlara yeni dəyişikliklər edilməklə, nömrə nişanları üzrə tariflərə dəyişikliklər ediləcək. Qiymətlərin artırılmasından sonra isə bu sahədə şəffaflıq təmin olunacaq və istənilən vətəndaş da istədiyi dövlət qeydiyyat nömrə nişanını rüsümları büdcəyə ödməklə əldə edə biləcək. Bundan başqa Yol Patrul Xidmətlərinin işinin təkminləşdirilməsi məqsədilə yollarda qayda pozuntuları ilə bağlı olaraq imzalanan protokolların müvafiq faizləri yol polislərinin əmək haqlarına tətbiq ediləcək.
Qardaşı Tofiq Zeynalovdan sonra Ramiz Zeynalov da tutduğu vəzifəsi ilə vidalaşmalı olacaq. Mənbəmiz iddia edir ki, T.Zeynalovun adı böyük həcmdə olan dələduzluq işində keçir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur. Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: “Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, “Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir". R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.
Hazırda bu cinayət işi ilə bağlı olaraq Zeynalovlar ailəsinin bir sıra üzvlərinin də dindirləcəyi gözlənilir. Mənbəmiz iddia edir ki, Ramiz Zeynalov tutduğu vəzifəsindən azad edilə bilər və məhz qardaşı ilə bağlı olaraq ona suallar veriləcək. Qeyd edək ki, Tofiq Zeynalov bu gün mediaya verdiyi açıqlamasında işdən çıxarıldığını nahardan qayıtdıqdan sonra bilib. Bu isə o deməkdir ki, icra başçısı verilmiş qərarla bağlı razılaşdırılmayıb və onun general qardaşı da prossesdən xəbərsiz olub.

Qeyd edək ku, gundeminfo.az-a danışan mənbə Ramiz Zeynalovun DYP sistemində lazımı islahatlar həyata keçirə bilməməsi səbəbindən gözləntiləri doğrultmayıb və bu sahədə yeni islahatları da yeni rəis həyata keçirəcək. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ