SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi - EKSKLÜZİV (FOTO)

İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi - EKSKLÜZİV (FOTO)

Tarix:

27-04-2017, 16:53

/ 111 555 dəfə oxundu.
İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi - EKSKLÜZİV (FOTO)

Goranbayda“G Group”un prezidenti Qalib Mustafayevin “Amon” və “İsida” adlı itlərinə toy etməsi, xüsusi dəvətnamələr göndərilərək toya qonaqların çağırılması, məclisə aşıq gətirilməsigeniş müzakirələrə səbəb olub. İş adamını qınayanlar da, əməlini təqdir edənlər də var
Birincilər ikinciləri üstələyir və artıq it toyuna qatılan aşıq Şəmməd Məmmədo Azərbaycan Aşıqlar Birliyindən qovulub. Azərbaycan Aşıqlar Birliyi rəsmi bəyanat yayıb və əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfüzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyib. Azərbaycan Aşıqlar Birliyi bəyan edib ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, bu sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək.
Bununla yanaşı, həmin “toy” məclisini təşkil edən iş adamı Qabil Mustafayevin hərəkətini də mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə qarşı hörmətsizlik hesab edir və qınayırıq.
İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi
Daxil olan məlumata görə, təqdim edəcəyimiz xəbər də it toyuna qonaq qismində qatılmış, badə qaldırıb sağlıq demiş bir məmur haqdadır. İt toyundan yayılmış 3 dəqiqə 1 saniyəlik videoda kadra düşənlərdən biri həmin o məmurdur. Videonun 57-ci saniyəsində aşıqların arxasında kadra düşən 2 nəfər var. Hündürboylu “bəy”lə “gəlin”in sabibiQalib Mustafayevdir, digəri isə qudası, Goranboy Rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini, polis polkovnik-leytenantı Sulduz Məmmədovdur. S.Məmmədov Amon və İsidanın toyunda badə qaldırıb sağlıq dedyi yerdə də videokadrlara düşüb. Lakin həmin kadrlar dünya torunda yayılan videoparçada yer almayıb. Polis polkovnik-leytenantı S.Məmmədov it toyuna iş vaxtı qatılıb. İt toyu haqda bilgili olan şəxslərdən biri deyib ki, S.Məmmədov toy zamanı videoya düşməməsi üçün əlindən gələni edib, hər dəfə videokameralar onun üzərinə tuşlanarkən əli ilə “çəkməyin” işarəsi verib. Bu həm də polis polkovnik-leytenantının qatıldığı it toyunun onun tutduğu posta uyğun olmamasını bilməsindən xəbər verir.
İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi
Aşığın “bəy”lə “gəlin”ə həsr etdiyi “Çaldığın balaban yastıdı, İtlər insanın dostudu” şeiri onun Aşıqlar Birliyindən qovulmasına səbəb oldu. Görəsən Goranboy Polis Şöbəsinin tərbiyəvi işlər üzrə müavini it toyuna qatılandan sonra kreslosunda qala biləcəkmi?

Ulus.Az
İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi - EKSKLÜZİV (FOTO)
İt toyunda badə qaldıran polis polkovnik-leytenantının kimliyi də bilindi - EKSKLÜZİV (FOTO)

Şərhlər

XƏBƏR LENTİ