SON DƏQİQƏ
XalqXeber.Az » Bank Standardda bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

Bank Standardda bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

Tarix:

4-01-2020, 14:52

/ 848 dəfə oxundu.
Bank Standardda bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

2016-ci ilin sonunda lisenziyası dayandırılaraq ləğv edilən «Bank Standard»da bəzi şəxslərin böyük məbləğdə əmanəti batıb.

Bank dairələrindən FED.az-a veridən məlumata görə, bəzi əmanətçilərin batan əmanətlərinin həcmi 10 milyon dollarla ölçülür.

Eləcə də bax: «Bank Standard»ın minlərlə əmanətçisi – YENİDƏN KOMPENSASİYA ALACAQ
Xatırladaq ki, «Bank Standard»ın lisenziyası 2016-cı ilin 30 sentyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ləğv edilmişdi. Həmin vaxt bildirilirdi ki, bankdakı əmanətlərin həcmi 520 milyon manat təşkil edir və onlardan 460 milyon manat həcmində əmanət sığortalanıb. Bankda əmanəti olanların sayı isə 43 min nəfər idi.

Ötən dövr ərzində bankda qorunan əmanətlər qaytarılıb, qaytarılmayan əmanətlərin isə bankın aktivləri satılaraq qaytarılması nəzərdə tutulur.

Bankın Kreditorlar Şurasından FED.az-a veriən məlumata görə, hazırda «Bank Standard»ın əmanətçilərinin bankdan 147 milyon manat alacaqları var. Bir qədər əvvəl Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda, o cümlədən «Bank Standard»da 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan əmanətçilərin əmanətlərini qaytarmaq barədə qərar qəbul edib. Nəticədə «Bank Standard»da 10 min dollara (17 min manat) qədər qorunmayan əmanəti olan 16 500 nəfərə konpensasiya verilib. Bu addım nəticəsində vətəndaşlara ümumilikdə 6 mln 550 min manat qaytarılıb.

FED.az-ın əldə etdiyi məluata görə, hazırda bankda batmış vəsaitlərin yarıdan çoxu iri məbləğli əmanətlərin payına düşür. Belə ki, bir əmanətçinin «Bank Standard»da 44 milyon dolları (74,8 milyon manat), digərinin isə 13 milyon dollar (22.1 milyon manat) əmanəti qalıb.

Hazırda həmin şəxslər də əmanətlərinin ya tam, ya da qismən qaytarılması üçün səylərini davam etdirirlər.

Qeyd edək ki, «Bank Standard»da fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də böyük məbləğdə vəsaitləri itirilib.

Şərhlər

XƏBƏR LENTİ