Aktivləri 1 milyard manatdan çox olan bankların sahibləri kimdir? - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.
Yeniavaz.com banklar tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, aktivləri 1 milyard manatdan çox olan banklar aşağıdakılar olub:
“Azərbaycan Beynəlxalq Bankı” - 9 milyard 155,6 milyon manat
“PAŞA Bank” - 5 milyard 669,1 milyon manat
“Kapital Bank”- 5 milyard 588 milyon manat
“Xalq Bank” - 2 milyard 130,4 milyon manat
“Bank Respublika” – 1 milyard 111,926 milyon manat
Digər bankların aktivləri isə 1 milyard manatdan az olub. Ən az aktivə sahib olan bank “Pakistan Milli Bankının Bakı filialı” olub. Bu bankın aktivləri 10,1 milyon manat təşkil edir.
Bundan başqa 7-nin aktivləri 500 milyon - 1 milyard manat, 2 bankın aktivi 400 milyon – 500 milyon manat, 5 bankın aktivi 300 milyon – 400 milyon manat, 6 bankın aktivi isə 100 milyon – 300 milyon manat arasında olub.
Onu da bildirək ki, aktivləri 1 milyard manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub:
“Azərbaycan Beynəlxalq Bankı” ASC - 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məslələri Dövlət Xidmətinə, 0,13% “Aqrarkredit” QSC-yə, 0,33%-i digər hüquqi şəxslər, 4,38%-i isə fiziki şəxslərə.
“PAŞA Bank” ASC - 56,82%-i “Paşa Holdinq”ə, 28,18%-i ADOR MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə.
“Kapital Bank” ASC - 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə.
“Xalq Bank” ASC – 50%-i "İdeal Business CO." şirkətinə, 33,85%-i "Euro Standard" şirkətinə, 16,15%-i isə "Amal İnvest Group" şirkətinə.
“Bank Respublika” ASC – 49,4%-i Natiq Quliyevə, 16,6%-i DEG İnvestisiya və İnkişaf Korporasiyasına (Almaniya), 8%-i Sparkassen İnternational Development Trust Şirkətinə (Almaniya), 7,7%-i Elçin Quliyevə, 7,4%-i Sevda Quliyevaya, 7,3%-i Saday Quliyevə, 7,2%-i Mariya Quliyevaya və digər hüquqi və fiziki şəxslərə.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır