Azərbaycanda daha bir bankın vəziyyəti ağırlaşıb
"Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 195,897 milyon manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,6% çoxdur.
“Bank Avrasiya”nın aktivlərinin 75,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% kiçilib.
Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 22,1% artaraq 129,161 milyon manat, o cümlədən depozit portfeli 12,9% azalaraq 50,218 milyon manat, cəmi kapitalı isə 4,8% artaraq 66,736 milyon manat olub.
Bu ilin yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 6,524 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 2,3% az), xərcləri 3,634 milyon manat (1,2% çox), xüsusi ehtiyatlara ayırmaları 265 min manat (1 il bundan əvvəl olmayıb), gözlənilməz gəlirləri isə 8 min manat (təxminən 8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 2,634 milyon manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 43,3% azdır.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik, “Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 37,5%-i “PDM Qrup” MMC-yə, 25%-i isə “Azbizneskom” MMC-yə məxsusdur.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var