SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fransanın Nigerdəki hücumu nəticəsində 5 əsgər öldü

Fransanın Nigerdəki hücumu nəticəsində 5 əsgər öldü

Tarix:

12-08-2023, 09:20

/ 287 dəfə oxundu.
Fransanın Nigerdəki hücumu nəticəsində 5 əsgər öldü

Fransa bölmələrinin Nigerdə Milli Qvardiyaya hücumu nəticəsində 5 əsgər həlak olub, daha 4 əsgər yaralanıb.

Hadisə çərşənbə günü, avqustun 9-da baş verib.

Ölənlərin Nigerin paytaxtı Niameydə dəfn edildiyi qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.

Bundan əvvəl Nigerdəki üsyançı qüvvələr Fransa hərbçilərinin milli qvardiyaya hücum etdiyini və yol boyu ölkənin hava məkanını pozaraq “terrorçuları azad etdiklərini” bildirmişdilər . Üsyançıların sözçüsü Amadou Abdraman yerli televiziyada bildirib ki, müdafiə və təhlükəsizlik qüvvələrinə ölkə daxilində həyəcan səviyyəsini yüksəltmək tapşırılıb. Eyni zamanda, Fransa hava məkanını pozmaq və “terrorçuları” azad etmək ittihamlarını rədd edib.

Niger keçmiş Fransa müstəmləkəsidir, dövlətin ərazisində Parisin tədarükündən asılı olduğu zəngin uran ehtiyatları var. Fransa mətbuatının məlumatına görə, Niger ölkəyə elektrik enerjisi istehsalı üçün istifadə olunan bütün uranın 15%-17%-ni verir.

Şərhlər

XƏBƏR LENTİ