Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB
İyunun 29-da, gecə saat 4 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində bir nəfərin qətlə yetirilməsi və bir neçə nəfərin yaralanması ilə bağlı Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Masallı rayon prokurorluğundan bildirilib.
Aparılmış ilkin araşdırmalarla, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyevin ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qohumu Aybəniz Məmmədovanı qəsdən öldürməsinə, digər qohumları Arzu Zərbəliyeva, Aysu Məmmədova və Fərman Qarayevə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Kamran Zərbəliyev şübhəli şəxs qismində tutulub, hadisənin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
05:24
Masallı rayonu Xoşçobanlı kəndi ərazisində baş verən cinayət işinin motivi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Nəticədə 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda polis tərəfindən hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
04:54
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır