"Fransa Dağlıq Qarabağı tanımır".
Bunu "Report"un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə "Report"un sorğusuna verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayyət etməyə məcbur deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistan işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alfortvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib.