“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…-Şikayət
“Dəniz” Hospitalnda qanunsuzluq.
Dəniz hospitalında ilginc olay yaşanıb.
Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı xanım estetik əməliyyat etdirmək istəyib. Hətta əməliyyat üçün ödəniş edib lakin 600 manat vəsaiti çatmadığı üçün, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq məcburiyyət qarşısında qalıb .
Dəniz hospitalının təsisçisi kimi təqdim edən Fidan adlı qadın Ruhanə Allahverdiyevaya “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüb.
Dəniz hospitalında Ruhanə Allahverdiyeva Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra 600 manatı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə isə qarşılaşdığı münasibət ona şok yaşadıb.
Belə ki, Dəniz klinikasının təsisçisi olan Fidan Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb.
Ruhanə Allahverdiyeva bu barədə hüquq müahifəz orqanlarına müraciət edib və Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır. Bu barədə jurnalist Sima Babayeva sosial hesabında məlumat yayıb.
Qeyd edək ki, analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.
Məsələ ilə bağlı Dəniz klinikasında heç bir açıqlama almaq mümkün olmadı
Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.
XALQ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...