Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
"Şikayətim "Kristal" tikinti şirkətindəndir (əvvəlki adı "Kristal Abşeron"). "Park Əcəmi" layihəsində mənzillərin yarıdan çoxunu təhvil versələr də, yuxarı mərtəbədə yerləşən mənzilləri təhvil vermək fikirləri yoxdur..." "Dia.az" xəbər verir ki, bu barədə narazılıq edən vətəndaş deputat Ağalar Vəliyevə məxsus olan "Kristal" şirkəti ilə bağlı şikayətlərinin də qulaqardına vurulmasından gileylənir.
Vətəndaş etirazına daha sonra belə davam edir: "2025-ci ilin may ayından bəri (artıq 3 ay olacaq) mənzilin divar kağızlarını və parketini vurmurlar. İş icraçıları, ustalar və layihə üzrə telefona cavab verən şəxslər hər dəfə bir bəhanə ilə vaxt uzadırlar.
Müqavilədə qeyd edilən təhvil müddətindənən artıq 3-4 aya yaxın müddət keçib. May ayından bəri 2 ay ərzində bunlar divar kağızını vurub qurtara bilmirlər, hər zəngdə də 5 günə təhvil verəcəklərini bildirirlər.
Müştərini bu formada və bu dərəcədə incitmək şirkərin imic və reputasiyasına çox böyük xələl gətirir..."
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...