SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » MİT Azərbaycanda FETÖ-yə bağlı şirkət rəhbərini həbs etdi

MİT Azərbaycanda FETÖ-yə bağlı şirkət rəhbərini həbs etdi

Tarix:

16-11-2022, 19:51

/ 352 dəfə oxundu.
MİT Azərbaycanda FETÖ-yə bağlı şirkət rəhbərini həbs etdi

 
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Azərbaycanda uzun müddətdir gizlənən və bizneslə məşğul olan türkiyəli iş adamı Uğur Dəmiroku həbs edib.

Saxlanılan türkiyəli biznesmen ölkəsində "Silahlı Terror Təşkilatının yaradılması və idarə olunması” ittihamı ilə axtarışda olub. Uğur Dəmirok Türkiyəyə gətirildikdən sonra İstanbul 9-cu Sülh Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb. O məhkəmədə biotibbi mühəndis olduğunu və aylıq qazancının 20 min türk lirəsi olduğu deyib. O həmçinin məhkəmə ilə əməkdaşlıq edəcəyini bildirərək cəzasının yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, həbs edilən şəxsin 1999-cu ildə dərsxanaya gedərkən FETÖ ilə əlaqəsi yaranıb.

O, ifadəsində həmçinin deyib ki, təşkilatla əlaqəsini 2015-ci ilin ortalarında dayandırıb. Daha sonra Azərbaycana gedib və orada bir həkim qadınla tanış olub. Dəmirok 2016-cı ildə həmin qadınla Azərbaycanda şirkət yaradıb.

Şərhlər

XƏBƏR LENTİ