XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » FETÖ-nün Azərbaycan imamı həbs olundu

FETÖ-nün Azərbaycan imamı həbs olundu

FETÖ-nün Azərbaycan imamı həbs olundu
19-10-2017, 16:08

Fəttullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı qruplaşmasının rəhbərlərindən olduğu deyilən və Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Faruk Yıldız həbs olunub.

FETÖ-çu Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsindəki sənədləşmə işlərinin ardınca Ankara Ədliyyəsinə aparılıb.

İstintaqı aparan prokurora ifadə verən Faruk Yıldız Növbətçi Çülh Cəza Məhkəməsinə göndərilib. Ankara 2-ci Sülh Cəza Hakimliyi onun həbs olunmasına qərar verib.

Qeyd edək ki, Faruk Yıldız oktyabrın 6-da saxlanılmışdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.